"Sumqayıt" Antalyaya yollandı

5.01.2023 10:17 261
Premyer-liqa
"Sumqayıt" 2022/23 mövsümünün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb.

Football-plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək "gənclik şəhəri" təmsilçisi yanvarın 18-dək qonşu ölkədə olacaq.

Qeyd edək ki, komanda hazırlıq prosesində iki yoxlama matçı keçirməyi planlaşdırır.