"Qarabağ" mövsümün ikinci yarısına hazırlıqlar üçün Türkiyəyə yola düşüb.
"Football-plus.az" xəbər verir ki, "atlılar" bu gün Antalyaya yollanıb.
Premyer-liqa təmsilçisi burada 3 yoxlama matçı keçirəcək. Komanda yanvarın 13-ü "Rakuv" (Polşa), yanvarın 18-i isə "Çukariçki" (Serbiya) və "Poqon" (Polşa) klubları ilə üz-üzə gələcək.
Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.