“Sumqayıt”ın əvəzedicilərini sevindirən xəbər

4.01.2023 19:51 598
Premyer-liqa / Manşet
Təxminən bir ay öncə “Sumqayıt” rəhbərliyinin “Kapital Bank Arena”nın ehtiyat meydanının süni ot örtüyünün dəyişdirilməsinə başladığını xəbər vermişdik.

“Football-plus.az” saytı xəbər verir ki, artıq işlər yekunlaşmaq üzrədi. Ehtiyat meydana yeni, daha müasir süni örtük döşənib. Meydan xətlənib, örtüyün tez sıradan çıxmaması və elastikliyini qoruyub saxlması üçün lazım olan dərmanlar da səpilib. Klub rəhbərliyindən əldə etdiyimiz bilgiyə əsasən yanvarın 10-dan etibarən ehtiyat meydan akademiya və əvəzedici komandanın ixtiyarına veriləcək.

RƏŞAD