“Kapital Bank Arena”nın örtüyünün dəyişdirilməsinə başlandı - ÖZƏL

20.11.2022 13:32 679
Premyer-liqa / Manşet
Təxminən 10 gün öncə “Football-plus.az” saytı olaraq Sumqayıtdakı “Kapital Bank Arena”nın ehtiyat meydanının örtüyünün dəyişdiriləcəyini xəbər vermişdik.

Artıq süni örtüyün yenisi ilə dəyişdirilməsi prosesinə start verilib. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovdan aldığımız bilgiyə əsasən örtüyün dəyişdirilməsi təxminən 3 həftə çəkəcək. Bu müddətdə akademiyanın müxtəlif yaş qrupları Sumqayıtdakı özəl arenalar da məşqlərini davam etdirəcəklər.

Məşqlərini ehtiyat meydanda edən “Sumqayıt”ın əvəzedici komandası isə böyük ehtimalla, “Dalğa Arena”ya üz tutacaq. Ancaq hələ ki, bu məsələ tam dəqiqləşməyib. Bu yöndə danışıqlar davam edir.

RƏŞAD