Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Sumqayıt” premyer-liqada qələbə üzünə həsrət qalsa da, klub rəhbərliyi yeniliklərə imza atmaqda davam edir.
Bir neçə gün öncə “Football.plus.az” saytı olaraq “Kapital Bank Arena”nın ehtiyat meydanın süni ot örtüyünün yenisi ilə əvəz olunacağını xəbər vermişdik. Onu da bildirmişdik ki, yeni örtüyün döşənməsinə gələn həftə başlanılacaq.
Bu dəfə isə “kimyaçılar”ın yeni avtobus aldığını diqqətinizə çatdırmaq istəyirik. “Gənclik şəhəri”nin təmsilçisi “Noeplan” markalı nəqliyyat vasitəsi əldə edib. Komanda son Tovuz səfərinə də məhz onunla yollanmışdı. Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, avtobusun alqı-satqısı gələn həftə rəsmiləşəcək. Bu günə kimi əsas komandanın ixtıyarında olan kiçiktutumlu nəqliyyat vasitəsi isə akademiyaya veriləcək.
RƏŞAD