"Şamaxı"nın rəqibləri bəlli oldu

29.12.2022 20:51 282
Premyer-liqa
"Şamaxı"nın qış hazırlıq planı bəlli olub.

Football-plus.az xəbər verir ki, premyer-liqanın 18-ci turunun "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də Bakıda bir araya gələcək. Bölgə təmsilçisi hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün "Kamelya Selin" otelində məskunlaşacaq. Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək. Yanvarın 11-i Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" son oyununu yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı keçirəcək.