“Səbail”in baş məşqçi postuna yeni namizəd – ÖZƏL

24.05.2022 12:52 927
Aktual / Premyer-liqa / Günün xəbəri
Ötən gün Aftandil Hacıyevlə yolarını ayıran “Səbail”də baş məşqçi postuna daha bir namizədin adı məlum oldu.

Ötən gün saytımız vasitəsilə Şahin Diniyevin “dənizçilər”in "sükanı arxasına" gətirilə biləcəyini xəbər vermişdik. Bu gün isə, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu posta “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov əsas namizəddi. 49 yaşlı mütəxəssisin artıq klub rəhbərliyi ilə görüşdüyü də bildirilir.

RƏŞAD