Mediada yayılan xəbərlərə görə, Tərlan Əhmədovun Gəncə təmsilçisini çalışdıracağı daha real görünür. Bundan öncə isə Şahin Diniyev əsas namizədlərindən idi. Lakin mütəxəssis müəyyən şərtlər uyğun olmadığına görə danışıqların müsbət sonluqla nəticələnmədiyini bildirmişdi. İstənilən halda yeni baş məəşqçi təyinatından sonra komandada müəyyən dəyişikliklər olacaq.
Maraqlıdı, Şahin Diniyev “Kəpəz”dən bu mövsüm nə gözləyir? Bu haqda məlumat almaq üçün mütəxəssislə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Gəncə ən sevdiyim şəhərlərdən, "Kəpəz" isə komandalardan biridi. Həmişə onların uğurunu ürəkdən istəmişəm. Amma hər şeyə real yanaşmaq lazımdı. Fikrimcə, komanda premyer-liqada qalmaq uğrunda mübarizə aparacaq. Bunun üçün lazımi addımlar atılmalıdı. Kluba kömək edilməlidi, bir adamın himayəsində olmamalıdı. "Komanda avrokuboklar, yüksək yerlər uğrunda mübarizə aparacaq" desək, bu mütəxəssis rəyi olmaz. Təki fikirlərim səhv çıxsın. Bunu istəyərəm. Amma həqiqət budu”.
ŞAİR ABDULLA




