Milli Hokkey Liqasında müəyyən qaydalar var ki, bunları pozan kimi cərimə ilə üzləşirsən.
“Toronto” da liqa rəhbərliyinin qəzəbinə tuş gəlib – 100 min dollar cərimə! İş ondadı ki, Kanada komandası “Sent-Luis”lə səfər oyununa dekabrın 26-da yollanıb. Halbuki dekabrın 24-26-sı aralığı istirahət günləri sayıldığından komandalara istənilən səfər qadağan olunmuşdu. Liqa ilə MHL Oyunçularının Assosiasiyası arasındakı kollektiv müqavilənin 16.5-ci bəndi pozulduğuna görə “Toronto” 100 min dollar “tərləməli olacaq”. Cərimə məbləği Şimali Amerika liqasının xüsusi fonduna köçürələcək.