Basketbolçunun adına küçə olacaq

15.06.2022 11:55 364
İdman
Kanadanın Toronto şəhərindəki küçələrdən biri “Mayami”nin müdafiəçisi Kayl Laurinin adını daşıyacaq.

Həmin küçə “Kyle Lowry Road” adlanacaq. 36 yaşlı basketbolçu “Mayami”yə keçənə qədər 2012-21-ci illər aralığında “Toronto”nun şərəfini qoruyub. Lauri 2018/19 mövsümündə tarixində ilk dəfə MBA çempionu olan komandanın kapitan sarğısını daşıyıb.

“Toronto”da keçirdiyi 9 ildən sonra klub tarixində ən yaxşı assistentə (4277 ötürmə) çevrilib, xal sayında (10540) isə 2-ci yeri tutur. Beləliklə, Lauri “Reptorz”un küçəyə adı verilən ilk basketbolçusu olacaq.