Mayk Braun cəzalanıb

21.12.2022 20:30 255
İdman
“Sakramento”nun baş məşqçisi Mayk Braun isə dekabrın 15-də keçirilən “Toronto” ilə oyunda meydana qaçdığına və hakimin üzərinə hücum çəkdiyinə görə 25 min dollar cərimələnib.

İnsident 3-cü çeyrəyin sonuna 9 dəqiqə 9 saniyə qalmış baş verib. MBA-nın yaydığı rəsmi açıqlamaya görə, mütəxəssis “hakimi aqressiv şəkildə təqib edib və qeyri-etik ifadələrdən yararlanıb”. İki texniki cərimə balı alan Braun meydandan qovulub.