• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nicat nicatı VAR-da gördü… - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

29-12-2022, 16:0

Azərbaycanda futbol ili başa çatdı. Sonuncu, 18-ci tur da bir-birindən maraqlı qarşılaşmalarla yadda qaldı.

Football-plus.az xəbər verir ki, oyun həftəsi vərəqələr baxımından yetərincə məhsuldar alındı. Hakimlər ümumilikdə 31 dəfə əlini cibinə atmaq məcburiyyətində qaldı. Bunlardan besində qırmızı vərəqə verildisə, 26 dəfə də futbolçular "sarı" ilə cəzalandı. Turun ən intizamlı komandası "Turan Tovuz" oldu. Bölgə təmsilçisinin yalnız bir futbolçusu sarı vərəqə ilə cəzalandı. Ən kobud kollektiv isə, heç şübhəsiz, "Kəpəz"di. Belə ki, gəncəlilərin heyətində 9 "sarı", 3 "qırmızı" ilə cəzalanan futbolçu var. Reportyorlarımızın qeydlərinə keçid alaq.

Sumqayıt - Sabah, ƏLİYAR AĞAYEV
Bu qarşılaşmada qeydə alınan hesab (0:6) hakimliklə bağlı danışmağa imkan vermir. Qonaqların asan qələbə qazandığı görüşdə Əliyar Ağayev, demək olar ki, gözə dəymədi. Əslində korrekt keçən oyunda FİFA referisinin üzərinə elə də çox yük düşmədi. Ədalət təmsilçisi bəlkə də cari mövsümdə idarəçilik baxımından ən yüngül oyuna çıxmışdı. Köməkçiləriylə də yüksək səviyyədə anlaşan Ağayev 90 dəqiqə ərzində mübahisəyə yol açan səhvə yol vermədi.

Səbail - Qarabağ, VÜQAR HƏSƏNLİ
Vüqar Həsənli ilk hissədə qarşılaşmanı çox yaxşı idarə etdi. Lakin fasilədən sonra vəziyyət dəyişdi. Referi ilk səhvə 61-ci dəqiqədə yol verdi. "Qarabağ"ın cərimə meydançasının həndəvərində Ağabala Ramazanov yerdə qalsa da, hakim oyunu davam etdirdi. Hücumun davamında isə ağdamlılar hesabı açdı. 75-ci dəqiqədə Cabir Əmirli ilə Elvin Cəfərquliyev arasında qarşıdurma yaşandı. Həmin epizodda "Səbail"in müdafiəçisi "Qarabağ"ın futbolçusunun üstünə yürüdü. Hakim isə hər iki futbolçuya sarı vərəqə göstərməklə aranı sakitləşdirdi. Buna ağdamlıların baş məşqçisi Qurban Qurbanov etiraz etdi. Vüqar Həsənli 90 dəqiqə ərzində başqa səhvə yol vermədi.

Neftçi - Şamaxı, RƏŞAD ƏHMƏDOV
Rəşad Əhmədovun idarə etdiyi oyunda iki fərqli hissə izlədik. İlk yarı qonaqların üstünlüyü şəraitində keçdi. Bu müddət ərzində oyunda kobud qayda pozuntularının sayı az olduğundan hakim cəmi 2 dəfə əlini cibinə atdı. Fasilədən sonra "ağ-qaralar"ın oyuna nəzarət və rəqibi daha iki dəfə məyus etməsi "Şamaxı"nın futbolçularının əsəblərini tarıma çəkdi. Bu isə onların aqressiv oynaması ilə müşayiət olunurdu. 84-cü dəqiqədə Mərtlə Rəhman arasında gərginlik yaransa da, tezliklə də ara sakitləşdirildi. Referi haqlı olaraq hər iki futboçunu sarı vərəqəylə “mükafatlandırdı”. Rəşad Əhmədov matç ərzində 5 dəfə əlini cibinə saldı. Onun göstərdiyi sarı vərəqələrin hamısı haqlı və yerində idi. Odu ki, referinin qarşılaşmanın öhdəsindən gəldiyini söyləyə bilərik.

Zirə - Kəpəz, NİCAT İSMAYILLI
Baş hakim ilk dəqiqələrdən açıq futbola şərait yaratdı. Bununla belə, irəliləyən dəqiqələrdə qayda pozuntuları qeydə almaqla yanaşı, tez-tez VAR-a da müraciət etdi. Referi qərarlarını məhz yeni sistemlə dəqiqləşdirmə nəticəsində qətiləşdirirdi. Oyun ərzində 5 qırmızı vərəqə verildi və "Kəpəz"in bir qolu qeydə alınmadı. Nicat İsmatıllı final fitini səsləndirəndən sonra da mübahisə edən futbolçuları sakitləşdirmək üçün sarı və qırmızı vərəqələri saga-sola payladı. Qısası, meydanda soyuqqanlı hakim idarəçiliyindən çox, VAR-dan asılı olan, iradəsi zəif ədalət təmsilçisi gördük.

Qəbələ - Turan Tovuz, KAMAL UMUDLU
Qarşılaşma yetərincə asta tempdə keçdiyinə, eyni zamanda qolsuz bitdiyinə görə Kamal Umudlunun üzərinə o qədər də yük düşmədi. Referi verdiyi qərarlarda qətiyyətli idi. Lakin bir neçə epizodda futbolçuların hərəkətinə mane olan mövqe səhvinə yol verdi. Ən əsası isə 8-ci dəqiqədə cərimə zərbəsindən sonra Abu Akalın qapıya zərbə vurmasına mane olması idi. Umudlunun oyunboyu gözəçarpan səhvi yalnız bundan ibarət idi. “Turan Tovuz”un vurduğu qoldan sonra oyundankənar vəziyyət qeydə almaqda da Umudlu tam haqlı idi. Mövqe səhvlərini nəzərə almasaq, referinin matçı normal idarə etdiyini söyləmək mümkündü.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-09-2022, 11:0

FİFA referisi və briqadası “ənənəyə sadiq qaldı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

18-11-2022, 13:0

Fərid Hacıyev turun mərkəzi oyununun öhdəsindən gəldi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

20-10-2022, 13:0

Əliyar Ağayevi Rəvan Həmzəzadə “yandırdı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

8-12-2022, 12:0

Məmmədov VAR-a güvəndi, Əhmədov yox - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

21-12-2022, 15:0

Fərid Hacıyevi VAR hakimi “ayıltdı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə