• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dama-dama avtobus ola bilərdi... - KÖŞƏ

Manşet / Yazarlar

28-12-2022, 13:0

Mövsümün əvvəlindən Azərbaycan futbol ictimaiyyəti “Kəpəz”lə “Turan Tovuz” üçün səfərbər olub.

AFFA tərəfindən yaradılan Futbolun İnkişaf Fondunun təşkilatçılığı ilə piksellər satışa çıxarılıb. Həmin pikselləri almaqla azarkeşlər qərb təmsilçilərinə dəstək vermək, klublar üçün avtobus alınmasında pay sahibi olmaq şansı qazanırdılar. İl başa çatdı, mövsüm yarılandı. Nə qədər piksel satılmasından, ortada nə qədər pul olmasından xəbərsizik. Amma dəqiq olan bir şey var ki, ortada avtobus yoxdu. Nə “Turan Tovuz”un avtobusu var, nə də “Kəpəz”in. Hətta iki klub üçün satılan piksellərin pulunu toplasaq belə, ortaya 100 min manat çıxarmaq, bir normal avtobus almaq mümkün olmaz. Sözsüz, xeyli acınacaqlı vəziyyətdi. Üz-üzə qaldığımız bu acınacaqlı vəziyyət həm də acı reallıqdı. Biz bu reallıqdan qaça bilmərik.

Məlum məsələdi ki, “Kəpəz”lə “Turan Tovuz”a ayrılan büdcə məhduddu. Həmin o büdcədən klublar üçün yeni avtobusun alınması nəzərdə tutulmayıb. Görünən odu ki, AFFA-nın arzuladığı baş tutmadı, Tovuzla Gəncənin icra hakimiyyətləri futbol klublarına yetərincə maliyyə ayırmaq istəmədilər. Yaxud da buna gücləri çatmadı. Sözüm onda deyil. Heç yerli iş adamları da FİF-in çağırışlarına səs vermədi, “Kəpəz”ə və “Turan Tovuz”a görə xərcə düşmək istəyən biznesmen tapılmadı. Şəxsən mənim üçün təəccüblü də deyil. AFFA illər ərzində Azərbaycan futbolu üzərində elə bir qorxunc inhisar yaradıb ki, pulunun qədrini bilən heç bir iş adamı “boz bina”dan gələn çağırışa səs vermək istəmir. Belədə əsas ümid də AFFA-dan, deməli, həm də dövlətdən və premyer-liqaya sponsorluq edən “Misli”dən gələn pula qalıb, elitanın kasıb təmsilçiləri gözlərini bir nöqtəyə dikiblər.

Əlbəttə, indiki halda “Kəpəz”lə “Turan Tovuz”u gələcəkdə nə gözlədiyini demək çətindi. Əvvəla ona görə ki, AFFA artıq neçə dəfə bu mövsüm premyer-liqanın sonuncusunun elitanı tərk edəcəyini bildirib. Düzdü, “Turan Tovuz”un belə bir qorxusu yoxdu. Ayxan Abbasovun çalışdırdığı komanda pis-yaxşı nəticələr qazanır, xal ehtiyatını artırır. Tovuzluların mövsümün sonunda “zirzəmi”yə yuvarlanması üçün xeyli qəribə hadisələr baş verməlidi. Amma “Kəpəz”lə bağlı eyni arxayınlıqla danışmaq olmur. Çünki Gəncə təmsilçisi son pillədəki “Səbail”i cəmi 2 xal qabaqlayır. Özü də “Kəpəz”in ətrafında qəribə hadisələr cərayan edir, komanda qeyri-sabit oynayır. Bir də gördük ki, “Kəpəz” məğlubiyyətləri sıraladı və son pilləyə yuvarlandı. Hər halda, belə ehtimal olmamış deyil. Görünür, bütün bunları nəzərə alan klub başbilənləri özlərini artıq xərcə salmaq istəmirlər. Bir ətək pul töküb, bahalı avtobus aldılar. Gələn il də qərb təmsilçilərindən hansısa aşağı yuvarlandı, onda avtobusu nə edəcəklər?

Amma öz aramızdı, “Turan Tovuz”la “Kəpəz” mövsüm ərzində futbolçuların aqressiv davranışları, azarkeşlərinin hakimlərə və rəsmi şəxslərə atmacaları, meydana kənar şəxslərin daxil olması sayəsində bir avtobusun pulu qədər cərimələnib. Sanki AFFA özü xərclədiyi pulu bu şəkildə geri qaytarır. Çox da uzaq keçmişə boylanmaq istəmirəm. Noyabrın 13-də, 14-cü tur çərçivəsində keçirilən “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasından sonra qərb təmsilçilərinin hər biri 1600 manat cərimə edilmişdi. AFFA bu cəriməni meydana kənar şəxslərin daxil olması ilə əsaslandırmışdı. Ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması bu komandaları daha çox xərcə saldı. Tovuzlular bu dəfə də meydana kənar şəxslərin daxil olmasına görə 1600 manat ödəməli olacaq. Meydana kənar əşyaların atılmasına görə kəsilən cərimə də 1600 manatdı. Pirotexniki vasitələrdən istifadəyə görə də “Turan Tovuz” 800 manat ödəməlidi. Hələ xırda-xuruş cərimələri demirəm. Bu üç maddəyə görə tovuzlular 4000 manat cərimə ödəməli olacaq. “Kəpəz” də eyni məbləği azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə AFFA-nın büdcəsinə köçürməlidi.
Gördündüyü kimi, ortada yetərincə ciddi məbləğlər “fırlanır”. Özü də başına gələn başmaqçı olsa da, “Turan Tovuz”la “Kəpəz” dərs çıxarmaq həvəsində deyil. İlin son oyununda “Kəpəz”in üç futbolçusu qırmızı vərəqəylə cəzalanıb. Sözsüz, buna görə də AFFA Gəncə təmsilçisinin başına sığal çəkməyəcək. Beləcə hər dəfə təkrarlanan bu cür davranışlara görə klubların onsuz da məhdud olan büdcəsinə əlavə yük düşür. Halbuki həmin pulları büdcədə saxlamaq, kluba avtobus almaq mümkün idi. Dama-dama avtobus ola bilərdi, dostlar. Amma həmin pullar cərimələrin ödənməsinə gedir. Budu sizin peşəkarlığınız, “Kəpəz”lə “Turan Tovuz”a verdiyiniz dəyər?!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

20-09-2022, 18:0

“Turan Tovuz” üçün 8360, “Kəpəz” üçün 4950 manat - ÖZƏL

Ölkə futbolu / Manşet

26-10-2022, 13:0

“Turan Tovuz” 200 nəfər axtarır

Premyer-liqa

30-07-2022, 14:0

“Turan Tovuz” avtobus alır, pul verin!

Ölkə futbolu

6-08-2022, 14:0

"Turan Tovuz" nə vaxt yeni avtobusuna qovuşacaq? - AÇIQLAMA

Ölkə futbolu

24-10-2022, 11:0

"Turan Tovuz" 50 şanslı azarkeşinə hədiyyə edəcək

Ölkə futbolu

15-08-2022, 15:0

Millət Vəkili "Turan 100K" layihəsinə qoşuldu

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə