Maddevid Oveçkinin yolu ilə gedir

27.12.2022 21:49 263
İdman
MHL-in simasını müəyyənləşdirən hokkeyçilərdən biri də Konnor Makdeviddi.

“Edmonton”un kapitanı cari mövsümdə 30 qol həddinə çatan ilk hokkeyçi oldu. Kanadalı ulduz həm də 36 məhsuldar ötürmə verib. Makdevid ardıcıl 7-ci mövsümdə 30 qol həddinə çatıb. Bu isə fəaliyyətdə olan hokkeyçilər arasında ikinci nəticədi. Oveçkinin ardıcıl 15 belə mövsümü var.