Konte məğlubiyyətin səbəbini izah etdi

10.11.2022 17:57 288
Dünya futbolu
“Tottenhem” İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb.

Football-plus.az xəbər verir ki, paytaxt klubu 3-cü mərhələdə “Nottingem Forest”ə uduzub. Baş məşqçi Antonio Konte 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Vəziyyətin belə alınmasını qəbul etmək çətindi. Ona görə ki, komanda oyunu heç də pis deyildi. Reallıq budu ki, oktyabrın 1-dən indiyədək 12-ci oyunumuzu keçirdik. Düzünü desəm, bəzi oyunçular çox yorulublar. Qısa müddətdə bu qədər matça çıxırsansa, işin çox çətinləşir”.