Zaur İsmayılov: “PRO-nu əldə etmək özü üstünlükdü”

23.12.2022 15:34 369
Ölkə futbolu / Manşet
Dekabrın 20-də iki mütəxəssisə PRO lisenziyası təqdim olundu.

Football-plus.az xəbər verir ki, söhbət Sənan Qurbanovla hazırda "Şamaxı"nın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi olan Zaur İsmayılovdan gedir. Onlara diplom və sertifikatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim edib.

Maraqlıdı, PRO kateqoriyasını almaq onlar üçün nə dərəcədə çətin olub? Ümumiyyətlə, bu lisenziya adıçəkilənlərin fəaliyyətinə necə təsir edəcək? Bu sualları Zaur İsmayılova ünvanladıq:

“Bu çox məsuliyyətli bir mərhələdi. Ali lisenziya olduğu üçün daha da çox məsuliyyət tələb edir. Başqalarına nisbətən, təbii ki, çətinliyi oldu, amma uğurlu nəticələndi. PRO-nu əldə etmək özü üstünlükdü. Bu lisenziya varsa, artıq üstünlük qazanmısan deməkdi. Hələ ki öz klubumda fəaliyyətimi davam etdirirəm. Qalan məsələləri isə gələcək göstərəcək”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul