AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli premyer-liqasının 2-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
"Football-plus.az" xəbər verir ki, o, "Qəbələ" - "Şəfa", "Zirə - İmişli", "Turan Tovuz - "Şamaxı" matçları olmaqla ümumilikdə 3 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.
Rəhim Həsənov "Turan Tovuz - "Şamaxı" matçında mübahisəli qol epizodu ilə bağlı qolun qapı xəttini keçməsini təsdiqləyən qəti və aydın video görüntü olmadığı üçün VAR müdaxiləsinə ehtiyac olmadığını bildirib. Eyni zamanda meydandakı hakimin ilkin qərarının qüvvədə saxlanılmasının doğru qərar olduğunu qeyd edib. Matçın baş hakimi Rauf Cabarov, VAR hakimi isə Vüqar Həsənli olub.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Rəhim Həsənov "Turan Tovuz"un sayılmayan qolunu şərh etdi
Ölkə futbolu






