“Bu arena bizim üçün çox dəyərlidi” – Velko Simiç

24.08.2026 21:28 0
Manşet / Avrokuboklar
“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Hapoel”lə qarşılaşacaq.

Bakı təmsilçisinin futbolçusu Velko Simiç matçdan öncə jurnalistlərin suallarını cavablayıb.

- Sabahkı oyunu həyəcanla gözləyirik. İnanıram ki, biz də böyük komandayıq. Sabah qələbə qazanmağa çalışacağıq.

- Azarkeşlərə çağırışınız var?
- Təbii ki. İlk növbədə bu stadionu çox sevirik. Bu arena bizim üçün çox dəyərlidi. Ümid edirik ki, sabah burda möhtəşəm atmosfer olacaq. Qollar vuraraq azarkeşlərimizi sevindirmək istəyirik.

- Bombardir kimi sabahkı oyun sizə əlavə motivasiya verir?
- Heç bir təzyiq hiss etmirəm, əksinə, bu, mənə motivasiya verir. Mənim əsas hədəfim daha çox qol vurmaq deyil. Əsas hədəfim komandanın yaxşı oyun göstərməsi və qələbə qazanması üçün əlimdən gələni etməkdi.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul