AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vuran mütəxəssislərə dünən müvafiq diplom və lisenziyalar təqdim olunub.
Bu xəbəri assosiasiyanın rəsmi saytı yayıb. Diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov verib. Zəhmətinin bəhrəsini görənlər arasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və "Şamaxı"nın çalışdırıcısı Vüqar Əsgərli də var. “Şirlər” dünən doğma meydanda “Sumqayıt” üzərində qələbə qazanaraq baş məşqçisini təbrik etdi. Elmar Baxşıyevin çalışdırdığı “Qəbələ” isə bu gün “Neftçi”nin qonağı olacaq. Ümid edək ki, PRO kateqoriyası adı çəkilənlər üçün uğurlu olacaq. Yeni kateqoriya ilə bağlı fikirlərini öyrənmək üçün hər iki mütəxəssislə əlaqə saxladıq.
Vüqar Əsgərli: