“Uzun müddətdi ailəmlə “vatsap” vasitəsi ilə əlaqə saxlayıram” – “Hapoel”in baş məşqçisi

24.08.2026 19:26 53
Avrokuboklar / Manşet
“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Hapoel”i qəbul edəcək.

Qarşılaşmadan öncə İsrail klubunun baş məşqçisi Ran Kojux mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Cavab görüşünə xüsusi hazırlığınız olub?
- Xüsusi hazırlığımız olmayıb. Həmişəki məşqlərimizi keçmişik. Oyunçulara tapşırıqlarımı vermişəm və qarşılaşmaya hazırlaşmışıq.

- “Sabah”ın heyətində xüsusi ehtiyatlanmalı olduğunuz futbolçular varmı?
- Burda olmaqdan məmnunuq. “Sabah”ın yaxşı komanda olduğunu bilirik. Onların heyətində keyfiyyətli və təhlükəli futbolçular var. Rəqibə qarşı diqqətli olmalıyıq.

- İlk oyundakı qələbənizin əsas səbəbi nə oldu?
- İlk oyunda çox yaxşı anlarımız oldu. “Sabah” rotasiyalar edən komandadı. Biz də meydanda öz oyunumuzu göstərərək buna nail olduq.

- 2:1 hesablı üstünlük sizin üçün təhlükəli deyil?
- Mən düşünürəm ki, bu, bizim üstünlüyümüzdü. İkinci oyunda da həmin üstünlüyü qorumağa çalışacağıq.

- Avropa Liqası ilə bağlı nə deyə bilərsiniz?
- Hazırda əsas diqqətimiz bu oyundadı. Bəzi insanlar “Sabah”ın üstün olduğunu düşünürlər. Amma biz öz imkanlarımıza inanırıq və mübarizəni davam etdirəcəyik.

- Bu oyunla bağlı hazırlıq prosesi sizə və ailənizə necə təsir edir?
- Uzun müddətdi ailəmlə “vatsap” vasitəsi ilə əlaqə saxlayıram. Hazırda bütün diqqətimizi oyuna yönəltmişik.

- “Hapoel”in heyətində təcrübəli futbolçuların olması sizin üçün nə dərəcədə vacibdi?
- Bayaq da qeyd etdiyim kimi, komandamızda texniki və hazırlıq baxımından çox güclü, yetərincə təcrübəli futbolçular var. Bu da bizim üçün böyük üstünlükdü.

İSRAYIL XEYRULLAYEV