“Tam hazır olmasına az qalıb” – Marandiçi Tovuzdan gedib?

24.08.2026 23:25 106
Ölkə futbolu / Aktual
2024-cü il dekabrın 3-ü “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi üçün bəd gəldi. Həmin gün “Sabah”la kubok oyununda Pavol Şafranko ilə mübarizə zamanı ayağı qırılan moldovalı futbolçu hələ də yaşıl meydana qayıda bilmir. Şafranko “Sabah”ı və Azərbaycanı tərk edib, Marandiçidən isə səs-soraq yoxdu. Bildiyimizə görə, bu müddətdə dəfələrlə əməliyyat olunub. Bəs niyə futbola dönə bilmir?

“Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevin “Football-plus.az”a cavabı:

“Denis bizim futbolçudu. Tam hazır olmasına az qalıb. Hazır olanda iştirak ərizəsinə salınacaq”.

İSRAYIL XEYRULLAYEV