Misli premyer-liqasının 18-ci turunda keçiriləcək “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb.
Football-plus.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. Qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN olan biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin bu keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 12.00-dan etibarən satışda olacaq.
Dekabrın 23-ü keçiriləcək sözügedən matç saat 16.00-da start götürəcək.