Misli premyer-liqasının 11-ci turunda oktyabrın 23-ü saat 18.30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb.
"Footbal-plus.az" "ağ-qaralar"ın saytına istinadən xəbər verir ki, qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VIP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin bu keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14.00-dan etibarən satışda olacaq.