Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” (Vyana) oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.
Football-plus.az xəbər verir ki, bu məlumatı klubun rəsmi saytı yayıb. Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.
Qeyd edək ki, satış “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir.