Millimiz Belarus və Mərakeş yığmaları ilə qarşılaşacaq

18.07.2022 13:58 376
İdman
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına məşqləri Bakıda davam etdirir.

Football-plus.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız paytaxtda təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama görüşü də keçirəcək.

Millimiz İslamiadada rəqibimiz olacaq Mərakeş komandası, həmçinin Belarus yığmaları ilə üz-üzə gələcək. Hər iki komanda artıq Bakıdadı və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar. Komandalar bir-birini də məhz bu arenada sınağa çəkəcəklər. Pərviz Səmədovun rəhbərlik etdiyi milli sınaq qarşılaşmalarını saat 17:00-da keçirəcək.


Azərbaycan millisinin yoxlama görüşləri
18 iyul
Azərbaycan - Belarus
19 iyul
Azərbaycan - Mərakeş
21 iyul
Azərbaycan - Belarus
22 iyul
Azərbaycan - Mərakeş