• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sadəcə, bir az fərqli pəncərədən baxırıq”

Premyer-liqa / Manşet

15-12-2022, 19:0

"Şamaxı" doğma meydanda "Zirə" ilə qolsuz heç-heçə etməklə məğlubiyətsizlik seriyasını 5 oyuna çatdırdı.

Bunda, təbii ki, komandanın baş məşqçisi Cavid Hüseynovun əməyi böyükdü. "Qartallar"la qarşılaşmadan sonra gənc mütəxəssislə söhbətləşmək qərarına gəldik.

- Bu gün doğma meydanda "Zirə"ylə qarşılaşdız. Komanda sona qədər döyüşərək növbəti xalını qazandı. Oyunla bağlı fikirləriniz maraqlıdı.
- "Zirə" ilə qarşılaşmanın çətin olacağını əvvəlcədən bilirdik. Buna baxmayaraq, mübarizə aparmaqla xal və xallar qazanacağımıza da inanırdıq. Son bir həftədə futbolçularımıza da bunu aşılayırdıq. Şükürlər olsun, bu gün meydanda döyüşməklə növbəti uğurlu matçımızı keçirdik. Komandada oyun planında inkişaf var. Amma futbolçularımız bundan da yaxşı çıxış edə bilərlər. Qarşıdakı məşqlərimizdə performansımızı daha da artıracağıq.

- Məğlubiyyətsiz oyunlar seriyası 5-ə çatdı. Artıq bütün komandalar sizdən çəkinir. Cavid Hüseynov - Vüqar Əsgərli duetinin uğuru nədədi?
- (gülür) Hələ ciddi uğurlar üçün heç nə etməmişik. Sadəcə, bir az fərqli pəncərədən baxırıq. Hər gün ən azı 10 dəqiqə futbolçulara fərdi və ümumi inkişafa nail olmaq üçün daha çox çalışmağı və uğura inanmağı aşılayırıq. Hamılıqla "Şamaxı"da yaxşı ab-hava yaratmışıq. Həvəsdən düşmürük, qarşımıza qoyulan məqsədə çatmaq üçün var gücümüzlə mübarizə aparırıq. Qarşıda uzun yol var, hələ heç nə etməmişik. Görüləcək çox işimiz var. Fərqli uğurlar, zəfərlər gözləyirik. İnşallah, buna da nail olacağıq.

- Son matçlarda Kamran Quliyevlə Rövşən Şahmuradovun çıxışında inkişaf hiss olunur. Gənc futbolçuların performansından razısız?
- Rövşən “Şamaxı”ya keçənə qədər heç də yaxşı formada deyildi. Onun performansında axsamalar vardı. Buna baxmayaraq, üzərində işləyən və tənqidlərdən nəticə çıxaran oyunçudu. Həmin sözləri Kamran haqda da demək olar. Heyətimizdəki oyunçuların çoxu aşağı liqadan və əvəzedici komandalardan gəlib. İstər hazırlıq prosesində, istərsə də məşqdən sonrakı yığıncaqlarımızda hər bir futbolçunun çatışmazlıqlarını təhlil edirik. Hətta onlara lövhələr üzərində qeydlər etməklə də səhvlərini anladırıq. Bununla fərdi və komanda şəklindəki nöqsanları aradan qaldırmaqla sürətli inkişafa nail olmağı hədəfləyirik. Təbii ki, hücum xəttində görüləcək işlərimiz çoxdu. Bizə meydana sonradan çıxıb hücum və yarımmüdafiə xəttini gücləndirməklə oyunun taleyini həll edə biləcək futbolçular lazımdı. Hələ ki yetirmələrim komanda şəklində müdafiə olunmaq, hesabı qorumaq üçün güc sərf etməklə özlərini doğruldurlar.

- Uzun müddətdən sonra Kamal Mirzəyevlə Asim Əlizadəyə şans verdiz. Onların çıxışından razı qaldız?
- "Zirə" son 12 dəqiqədə təzyiqi artırdı, məhz rəqibin sürətli hücumlarının qarşısını almaq, top saxlamaq üçün Kamalla Asimə şans verdik. Hər ikisi bacardıqlarını etdilər, çıxışlarından razı qaldım.

- Amil Yunanov artıq komanda ilə birgə məşqlərə başlayıb. "Neftçi"ylə matçda ona şans veriləcək?
- Sevindirici haldı ki, Amil zədəsini tam sağaldaraq komanda ilə məşqlərə qoşulub. Fəallığı ilə seçilir, amma risk etmək istəmirik. Məqsədimiz çempionatın ikinci yarısında Amilin potensialından istifadə etməkdi. İnanıram ki, qış toplanışında daha yaxşı forma yığacaq.

- "Neftçi" hazırda yaxşı günlərini yaşamır, komandada psixoloji durum qaydasında deyil. Məhz bundan istifadə etməklə "ağ-qaralar"ı məyus etməyi hədəfləyirsiz?
- "Neftçi" həm ad-sanına, həm də heyətinə görə çempionatımızın güclü komandalarındandı. Onlarla qarşılaşmada əlimizdən gələni edəcəyik ki, yaxşı nəticəylə qayıdaq.

- Dünya çempionatında hansı komandanın qalib olacağını düşünürsüz?
- Sürprizlərlə zəngin mundial izləyirik. Çoxları kimi mən də Braziliyanı finalda görürdüm. Amma Xorvatiya onları çempionatdan kənarlaşdırdı. Hazırkı vəziyyətdə Fransanı daha şanslı görürəm. Amma futboldu, hər şey ola bilər.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

13-12-2022, 16:0

"Neftçi" möhtəşəm komandadı" - Vüqar Əsgərli

Premyer-liqa / Manşet

28-11-2022, 17:0

"Ən yaxşısını etdilər və ən yaxşısına da layiqdilər" - Vüqar Əsgərli

Premyer-liqa

19-08-2022, 19:0

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

Premyer-liqa / Manşet

24-06-2022, 13:0

Cavid Hüseynov "Zirə"dən ayrılan məşqçini "Şamaxı"ya apardı

1-ci liqa / Manşet

4-12-2022, 19:0

İlk səfər qələbəsinin sirri - AÇIQLAMA

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Bu gün, 20:10
    Madridi tərk edəcək
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 193
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 183
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə