Viktor But Qraynerə uğurlar arzu edib

12.12.2022 13:31 242
İdman
Ötən həftə Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilən amerikalı basketbolçu Britni Qrayner rusiyalı Viktor Butla mübadilə nəticəsində həbsdən azad edilib.

Football-plus.az xəbər verir ki, 55 yaşlı iş adamı məsələ ilə bağlı yerli mediaya maraqlı açıqlama verib. O, Abu Dabi hava limanında Britni Qraynerlə söhbətləşdiyini bildirib:

“Ona uğurlar arzuladım, hətta əlini uzatdı. Hamıya uğurlar və xoşbəxtlik arzulamaq adət-ənənəmizdi”.


Qeyd edək ki, Viktor Buta ABŞ-da silah alverinə görə 25 il iş verilmişdi. O, 2008-ci ildə Taylandda həbs edilib və daha sonra ABŞ-a ekstradisiya edilib.