"Zirə"də yeni məşqçi

12.12.2022 10:39 339
Premyer-liqa
"Zirə" klubu məşqçi Vüqar Məmmədlə müqavilə imzalayıb.

Football-plus.az xəbər verir ki, mütəxəssis bundan sonra əsas komandanın məşqçilər korpusunda yer alacaq. Çalışdırıcı ilə bir il yarımlıq müqavilə bağlanılıb.

Vüqar Məmməd 2019/20 mövsümündə “Zirə”nin əsas komandasında məşqçi kimi çalışıb.