Türkiyə klubunun futbolçusu "Zirə"də

12.10.2022 10:52 387
Ölkə futbolu
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Footbal-plus.az" xəbər verir ki, "qartallar" İssa İbrahim Cibrila ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vingerlə iki il yarımlıq müqavilə imzalanıb.

Əldə edilmiş razılığa görə müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Niger millisinin də üzvü olan 27 yaşlı futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörəngücü” komandası olub.

İbrahim sentyabrdan azad agentdi. O, ötən mövsüm I liqada 21 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.