"Zirə"də yeni məşqçi təyinatı olub.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fərhad Vəliyev qapıçıların hazırlığı üzrə məşqçi təyin edilib. Onunla 1 illik müqavilə imzalanıb.
Buna qədər eyni vəzifəni yerinə yetirən Anar Niftəliyev isə əvəzedici heyətdə çalışacaq.
Qeyd edək ki, millimizin və "Qarabağ"ın sabiq üzvü olan Fərhad Vəliyev bundan əvvəl "Səbail"də eyni vəzifədə çalışırdı.