• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kamran Quliyev rəqabətdən qorxmur

Premyer-liqa / Manşet

9-12-2022, 21:0

Yenidən formalaşdırılan "Şamaxı" mövsümə uğursuz başlamaqla turnir cədvəlinin dibinə yuvarlandı.

Lakin son 4 oyunda "aslanlar" 2 qələbə, 2 heç-heçə ilə 7-ci yerə yüksəldi. Komandanın uğurunda pay sahibi olanlardan biri də Kamran Quliyevdi. 22 yaşlı futbolçu ilə "Şamaxı"nın 16 tur ərzindəki çıxışı, öz performansı və başqa mövzular ətrafında söhbət etdik.

- “Şamaxı” mövsümə yaxşı başlamasa da, son matçlarda uduzmur, hətta güclü komandaları da büdrədir. Oyundakı və nəticələrdəki inkişaf nəyin sayəsində baş verdi?
- Yenidən qurulan komandayıq, demək olar, bütün oyunçularımız cari mövsümdən peşəkar karyerasına qədəm qoyub. Odu ki, ilk vaxtlar təcrübəsizlik rol oynadı. Amma tədricən bu problemi aradan qaldırdıq, müəyyən inkişafa nail olduq. Həmçinin artıq futbolçular meydanda bir-birini tamamlayır, yaxşı anlaşırıq.

- Komandanın əsas hücumçusu Amil Yunanov sıradan çıxdığından bu yükü sən üzərinə götürmüsən. Çətin deyil?
- Amil Yunanov klubumuz üçün önəmli futbolcudu. Artıq məşqlərə qoşulub ki, bu da bizi sevindirir. Xeyr, heç bir çətinlik olmur, həm də mənimlə yanaşı, Rövşən Şahmuradovla Qurban Səfərov da həmin mövqedə oynaya bilir.

- Necə düşünürsən, qışda yeni hücumçu cəlb olunması komandaya fayda verər?
- Komandamız nə qədər güclü olsa, bir o qədər yaxşıdı. Lakin mən transfer işləriylə məşğul olmuram. Rəhbərlik və məşqçilər nə qərar versə, o da olacaq. Bir də onu deyim ki, kim gəlir-gəlsin, rəqabət aparmağa hazıram. Çünki bu, inkişafımda önəmli rol oynayar.

- Hazırkı çıxışından razısan?
- Tam formada deyiləm. Daha da “artırmalıyam”. İnşallah, üzərimdə işləyib daha yaxşı formada olacağıma inanıram.

- Bir neçə qol və məhsuldar ötürmə ilə yadda qalmısan. Bombardirlər yarışına qoşulmağı düşünürsən?
- Bacardığım qədər cox qol vurmağı və bombardirlər siyahısında olmağı düşünürəm.

- Hazırkı çıxışıyla "Şamaxı" nəyə ümid edə bilər?
- Oyundan-oyuna “artırmağa” calışırıq. Amma hələ heç nə etməmişik. Yəni eyforiyaya qapılsaq, bizim üçün çox çətin olacaq.

- "Sabah"la son oyunda rəqibin futbolçusu Kristian Sebalyosla qarşıdurma yaşandı və o sənə zərbə endirdi. Söhbət necə bu həddə çatdı?
- Əvvəla onu deyim ki, Sebalyosla heç bir problemim yoxdu. "Sabah"da çıxış edərkən onunla normal münasibətimiz olub. Elə oyundan öncə də görüşüb söhbətləşmişdik. Matçdakı ilk künc zərbəsi zamanı məni itələsə də, yıxılmadım. İkinci epizod zamanı yenə itələdi. Həmin an əlimi kənara açaraq “Sebalyos, mənimlə problemin nədi”, - deyə soruşdum. O da üzümə zərbə endirdi. İki variantım var idi: ya qarşılığında onu vurub qırmızı vərəqə almalı, ya da yerə yıxılaraq rəqibi azlıqda qoymalıydım. Mən də ikincini secdim. Çünki hazırkı klubum "Şamaxı" üçün əlimdən gələni etməyə hazıram.

- "Sabah" premyer-liqanın iki güclü komandasından biridi. Ona qarşı oyunda çoxlarının gözləmədiyi halda əzmkarlıq göstərərək 1 xal qazandız. Matçla bağlı fikirlərin maraqlıdı.
- Öz potensialımızı bilirik və bu bizim maksimumuz deyil. Təbii ki, "Sabah" kimi komanda ilə oyundan 1 xalla ayrılmaq qızıla bərabərdi. Həmin oyunda qalib gələ də, məğlub da ola bilərdik.

- Komandanızın “sükanı arxasında” Cavid Hüseynovla Vüqar Əsgərli kimi gənc məşqçilər dayanır. Onları necə xarakterizə edərdin?
- Çox istəkli məşqçilərdi. Komandamızdakı gənc futbolçular kimi, onlar da məşqçi kimi ilk təcrübə qazanırlar. Hər ikisi futbolçularla həm meydanda, həm də ondan kənarda yaxşı münasibət qururlar. Çox qayğıkeşdilər.

- Mövsümün sonunda "Şamaxı"nı tərk edib daha iddialı komandalara keçmək və ya legioner həyatı yaşamaq barədə düşünürsən?
- Müqavilə ilə "Sabah"a məxsusam. "Şamaxı"da mövsümün sonuna kimi icarədəyəm. Hazırda bütün fikrim burda daha yaxşı çıxış etməklə komandaya dəstək verməkdi. Mövsümün sonunda "Sabah"a qayıdacam, karyeramla bağlı sonrakı proseslərin necə olacağını zaman göstərəcək.

- "Sabah" bu mövsüm çox iddialıdı. İki oyunda "Neftçi"ni məğlub edib, çempionatın aşkar favoriti "Qarabağ"a “diş göstərib”. Səncə, komandanın çempionluq şansı var?
- "Sabah"ın çempion olması mənim də ürəyimdən keçir, amma çox çətin olacaq. Çünki "Qarabağ" olduqca güclüdü. Fikrimcə, "Sabah" 2-ci yerdə möhkəmlənmək və bacardıqca liderə çatmaq üçün vuruşacaq. Amma “Qarabağ” da əvvəlki mövsümlərdəki kimi rahat cempion ola bilməyəcək. Bütün komandalar ağdamlılara qarşı xüsusi motivasiya ilə oynayır. Yəni onlardan 1 xal qoparmaq elə qələbəyə bərabərdi. Bundan başqa, çempionatda çıxış edən komandaların sayı artmaqla yanaşı, oyun fəlsəfəsi də yüksəlib. Çempionatın qarşıda hələ iki turu və ikinci yarısı var. Odu ki, indidən "Qarabağ"ın çempion olacağını demək düz deyil.

- Yığmamızın son oyunları barədə nə deyə bilərsən? Ölkənin əsas komandasından dəvət gözləyirsən?
- Millimiz son 5 oyunda əla nəticələr göstərib. Bir azərbaycanlı kimi bu məni sevindirir. Əlbəttə, nə vaxtsa millidə çıxış edəcəyimə inanıram və dəvət gözləyirəm.

- Dünya çempionatında hansı komandaya azarkeşlik edirsən? Kim titula daha yaxın görünür?
- Braziliyanı dəstəkləyirəm və çempion olacağını da düşünürəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

27-07-2022, 16:0

Amil Yunanov: “Əlimizdən gələni etməliyik ki, turnir cədvəlinin dibində olmayaq” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

29-05-2022, 17:0

"Böyük ehtimalla növbəti mövsümdən “Turan Tovuz”da oynayacam" - AÇIQLAMALAR

Ölkə futbolu

30-06-2022, 16:0

Amil Yunanovun “Turan Tovuz”dan imtinasının səbəbi – ÖZÜ AÇIQLADI

Premyer-liqa

4-08-2022, 14:0

"Şamaxı"nın 25 nəfərlik heyəti - SİYAHI

Premyer-liqa / Manşet

5-07-2022, 20:0

Rauf Əliyev “Şamaxı”da oynayacaq

Premyer-liqa

19-08-2022, 18:0

Şamaxıda bərabərlik - YENİLƏNİB

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 580
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 208
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 179
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə