"Şamaxı"nın 25 nəfərlik heyəti - SİYAHI

4.08.2022 14:19 764
Premyer-liqa
“Şamaxı” klubunun futbolçu heyəti müəyyənləşib.

Football-plus.az xəbər verir ki, bu gün baş tutan təqdimat mərasimində yeni mövsümdən premyer-liqada bölgə təmsilçisinin formasını geyinəcək oyunçuların adları açıqlanıb.

Baş məşqçi Vüqar Əsgərlinin sərəncamında ümumilikdə 25 futbolçu olacaq. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudu.

qapıçılar - Rəşad Əzizli, Əkpər Vəliyev, Sahib Həsənov;

müdafiəçilər - İbrahim Aslanlı, Arsen Ağcabəyov, Rəhman Daşdəmirov, Fuad Bayramov, Elçin Mustafayev, Cavid Heydərov, Abdulla Rzayev, Rauf Hüseynli, Mirəli Əhmədov;

yarımmüdafiəçilər - Samir Qurbanov, Nihad Quliyev, Elvin Məmmədov, Kamal Mirzəyev, Pərviz Azadov, Bəhruz Teymurov, Qurban Səfərov, Asim Əlizadə, Elçin Rəhimli;

hücumçular - Amil Yunanov, Kamran Quliyev, Bahadur Həziyev, Uğur Cahangirov.

Qeyd edək ki, "Şamaxı" yeni mövsümün ilk oyununu avqustun 7-də doğma meydanında "Neftçi"yə qarşı keçirəcək.