Bu gün Azərbaycan premyer-liqasında 3-cü tura start verilib.
"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Şamaxı" evdə "Səbail"i qəbul edib. Görüş 1:1 hesabı ilə bitib.
Qeyd edək ki, turun digər oyunları 20-21 avqust tarixlərində olacaq.
19 avqust (cümə)
16.30. “Şamaxı” – “Səbail” 1:1
Qollar: Amil Yunanov, 70 - Ruslan Hacıyev, 20
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Şamaxı. Şamaxı şəhər stadionu.