Millinin sabiq baş məşqçisi premyer-liqa klubunda işləyəcək?

9.12.2022 20:30 1 467
Yığma / Manşet
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq məşqçisi Milan Obradoviç hazırda Bakıdadı.

Football-plus.az xəbər verir ki, o, dünən ölkəmizə təşrif buyurub. Mediada yazılanlara inansaq, serbiyalı premyer-liqa klublarının birinə baş məşqçi təyin olunacaq. Söhbət "Səbail"dən gedir. Görəsən, məlumat nə qədər doğrudu? Obradoviç Azərbaycana nə üçün gəlib? Gənc məşqçi "Football-plus.az"a açıqlamasında bunları söylədi:

"Bakıya 3-4 günlük gəlmişəm. Fürsətdən istifadə edib 2-3 qarşılaşmanı izlədim. Sadəcə, dostlarımla görüşməyə və şəxsi işlərimi həll etməyə gəlmişəm. Hansısa klubla danışıq aparmıram. Ola bilər ki, gələcəkdə belə bir şey olsun. Lakin indi heç bir klubla danışıq aparmıram. Nəsə olsa, sizə dəqiq deyəcəyəm. Amma indi heç nə yoxdu".

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul