AFFA-da millinin baş məşqçisi ilə bağlı mühüm görüş - ÖZƏL

18.06.2022 13:25 2 150
Yığma / Günün xəbəri
21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Milan Obradoviçin müqaviləsinin müddəti bitib.

Serbiyalı mütəxəssis hazırda Bakıda olsa da, yığmadakı gələcəyi qeyri-müəyyəndi. Redaksiyamıza daxil olan məlumata görə, Obradoviç bazar ertəsi AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşəcək. Bundan sonra onun millidəki işini davam etdirib-etdirməyəcəyi bəlli olacaq.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2019-cü ilin yanvarından U-21 yığmamızı çalışdırır.

İLKİN SULTANLI