Amerikalı futbolçu Türkiyə klubunun hədəfində

3.12.2022 12:39 308
Dünya futbolu
ABŞ millisinin üzvü Corc Bello karyerasını Türkiyədə davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, sol cinah müdafiəçisi ilə “Fənərbaxça” yaxından maraqlanır. İstanbul təmsilçisinin baş məşqçisi Jorji Jezuş 20 yaşlı futbolçunun komandaya fayda verəcəyini düşünür. Bu səbəbdən də “Fənərbaxça” rəsmiləri Bundesliqa-2 təmsilçisi “Arminiya” ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 2016-ci ilə qədər komandası ilə müqaviləsi olan Bello bu mövsüm komandasının heyətində 15 oyunda meydana çıxıb. 20 yaşlı müdafiəçi ABŞ-ın əsas yığmasında 7 matçda oynasa da, fərqlənə bilməyib.

Bello ilə bağlı diqqət çəkən başqa məlumat da var. Müdafiəçi karyerası ərzində 102 görüşdə meydana çıxıb. Bu matçlarda 4 qol vurub və 6 məhsuldar ötürmə edib. 20 yaşlı müdafiəçi indiyə kimi 1 dəfə də olsun qırmızı vərəqə ilə cəzalanmayıb.