Rafael Varan zədə səbəbi ilə dünya çempionatını buraxan Pol Poqba haqda danışıb.
Football-plus.az xəbər verir ki, Fransa yığmasının müdafiəçisi onun komanda üçün vacib oyunçu olduğunu düşünür:
“Bu turniri buraxa biləcəyimə görə çox narahat idim, amma zədəmi vaxtında sağalda bildim. Poqbanın yoxluğunda komandanın lideri ola bilərəm? O, əvəzolunmaz oyunçudu. Pol güclü xarakterə malikdi. Onun yoxluğunda başqa futbolçuların üzərinə daha çox yük düşür”