AFFA komandaları “Tryon”la sevindirdi

24.11.2022 16:15 1 321
Ölkə futbolu / Manşet
Bir neçə gün öncə Rgion Liqası üzrə İşçi qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev “Football-plus.az”a açıqlamasında yarışda çıxış edəcək komandalara paylanacaq idman geyimlərini Bakıya gətirən nəqliyyat vasitəsinin Türkiyə - Gürcüstan sərhəddindəki buraxılış məntəqəsində tıxaca düşdüyünü bildirmişdi.

Məhz bu səbəbdən liqanın ilk turunda komandalar köhnə formalarla meydana çıxdı.

Görəsən, sözügedən problem həllini tapıb? Region Liqasında iştirak edən komandalar üçün nəzərdə tutulan idman geyimləri Bakıya çatıb? Yusif bəy saytımıza açıqlamasında artıq məsələyə nöqtə qoyulduğunu söylədi:

“Sifariş etdiyimiz idman geyimləri Azərbaycana ötən həftə gəldi və elə həmin vaxt da komandalar formalarını götürdü. Bu dəfə AFFA-nın elan etdiyi tenderin qalibi Türkiyə şirkəti olub. Komandalara “Tryon” firmasının istehsal etdiyi formalar paylanıb”.


RƏŞAD