AFFA Region Liqasında çıxış edənlərə pul verəcək, ancaq...

20.10.2022 12:48 1 279
Ölkə futbolu / Manşet
AFFA 2022/23 “futbol ili”ndə Region Liqasında çıxış edən komandalara hər oyuna görə 300 manat qonorar verməyi qərara alıb.

Ancaq bir şərtlə ki, həmin komandalar MMC kimi qeydiyyatdan keçşinlər. Bu tələbi yerinə yetirməyənlər qonorardan məhrum olacaqlar.

“Football-plus.az” saytına daxil olan məlumata görə, bəzi komandaların rəsmiləri sözügedən qərardan narazıdı. Onların fikrincə, MMC kimi qeydiyyatdan keçmək üçün müəyyən vaxt tələb olunur. Həmçinin assosiasiyanın tələbini əlavə bürokratik maneə kimi qəbul edənlər də var.

Məsələ ilə bağlı Region Liqası üzrə İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışlar Departamentinin rəhbəri Yusif Vəliyevlə əlaqə saxladıq. Yusif bəy “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:

“Püşkatma zamanı bu yöndə müzakirələr oldu. Əvvəlki illərdə Region Liqasında çıxış edən komandalarda sənədlə bağlı heç bir problem yoxdu. Bu məsələ daha çox turnirə yeni qatılan komandaları narahat edir ki, onlara lazımi izahat verildi. Ödəniş üçün hüquqi baza olmalıdı. Həmin komandaların rəsmilərinə istiqamət verildi. Yəqin ki, qısa vaxtda məsələni həll edəcəklər”.


RƏŞAD