Türkiyə çempionatında yeni mövsüm cümə günkü ''İstanbulspor'' - ''Trabzonspor'' qarşılaşması ilə start götürdü.
Amma Türkiyə yığmasının baş məşqçisi Ştefan Kuntsun hərəkəti türkiyəli futbolsevərlər arasında birmənalı qarşılanmadı. Belə ki, Kunts vətəni Almaniyada qalaraq İstanbuldakı oyunla təxminən eyni vaxtda başlayan ''Ayntraxt'' F - ''Bavariya'' matçını izləməyə üstünlük verdi. Özü də Kunts oyundan öncə yerli kanallardan birinin stadiondan təşkil etdiyi canlı yayına qoşularaq matça bağlı fikirlərini dilə gətirməyə başladı. Mütəxəssisin işlədiyi ölkənin çempionatına yox, öz ölkəsinin çempionatına maraq göstərməsi sosial şəbəkələrdə böyük narazılıq doğurdu. Ümumiyyətlə bir müddət öncə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin Kuntsa artıq Türkiyədə yaşamağı təklif edəcəyi iddia edilmişdi. Hətta o da bildirilirdi ki, yeni federasiya prezidenti zatən bu məşçinin işindən narazıdı və Kunts təklifi geri çevirəcəyi halda onunla yollar dərhal ayrılacaq. Amma görünür tərəflər arasında hələ də belə bir anlaşma mövcud deyil.
Kuntsun hərəkəti türkiyəli futbolsevərlərin xoşuna gəlmədi
Dünya futbolu

