Dünya çempionatı İTV-yə problemlər yaradıb

22.11.2022 20:30 1 433
DÇ 2026 / Manşet
Artıq dünya çempionatında bir neçə matçı geridə qoyduq.

Maraqlı məqamlardan biri də odu ki, indiyə kimi keçirilən oyunların, demək olar ki, hər birində ilk və ikinci hissənin əsas vaxtına əlavə olunan dəqiqələr çoxdu. Dünən keçirilən İngiltərə - İran görüşünün isə ilk hissəsinə 14, ikinci yarısına 10 dəqiqə əlavə olundu. Belə olan halda isə qarşılaşma 2 saat və daha çox müddətə bitir.

Maraqlıdı, bu məsələ yayımçı telekanal üçün nə dərəcədə problem yaradır? Bu sualla İTV-nin idman direktoru Kənan Hakimova müraciət etdik. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Bəli, düz qeyd etdiz. Oyunlara həqiqətən də çox vaxt əlavə olunur. Bildiyiniz kimi, yayınçı telekanalların reklam öhdəlikləri var. Oyunlar uzananda reklam bloku və başqa verlişlərlə bağlı müəyyən problemlər yaranır. Amma məcburuq ki, planımızı buna uyğun quraq. Məsələn, oyundan öncə ekspertləri qonaq çağırırsan. Verilişi yarım saat planlaşdırırsan. Hər matç arasında da bir saat fərq olur. Qarşılaşma bu qədər uzananda artıq bizə 1 yox, yarım saat vaxt qalır. Onun da bir hissəsini reklam tutur. Bu səbəbdən məcbur verilişin vaxtını azaltmalı oluruq".

ŞAİR ABDULLA