• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İTV mundialı göstərir, ancaq suallara cavab verə bilmir

Aktual / Günün xəbəri

19-11-2022, 16:0

Azərbaycanda dünya çempionatının yayın hüququ İctimai Televiziyaya (İITV) məxsusdu.

Football-plus.az xəbər verir ki, hələ bir neçə gün öncə telekanalın idman departamentinin direktoru Kənan Hakimova 7 sualla müraciət etmişdik. O isə bəzi məsələlərlə bağlı məlumatlı olmadıqlarını söyləmişdi. Baxmayaraq ki, həmin vaxt mundialın startına cəmi 6 gün qalırdı...

Detalların dəqiqləşdiyini düşünərək, dünən yenidən Hakimovla əlaqə saxladıq. Amma İTV-nin əməkdaşından bu dəfə də istədiyimiz cavabları ala bilmədik. Daha dəqiq desək, 3 sual cavabsız qaldı. Öyrənmək istədiyimiz məsələlər isə heç də qaranlıq qalacaq, qəliz deyildi. Birincisi, 64 oyunun neçəsi canlı, neçəsi videoyazı şəklində göstəriləcək? Əlbəttə, bütün futbolsevərləri düşündürən və dəqiqləşdirilməsi vacib olan detallardan biridi. Digər suallar isə qrup mərhələsinin 3-cü turu ilə bağlı idi. Məlumdu ki, son turda oyunların başlama saatı üst-üstə düşəcək. Belədə telekanal necə davranacaq, vəziyyətdən çıxış yolu tapılıbmı? Sublisenziya əsasında ölkənin başqa telekanallarını da bu işə qoşmaq olarmı? Həm maraqlı, həm də vacib detallardı. Bundan başqa, şərhçilərin kim olacağı, Qətərə yollanıb-yollanmayacaqları ilə də maraqlandıq. Təbii ki, artıq starta saatlar qaldığı üçün həmkarlarımızın Qətərə getməyəcəyini təxmin etmək mümkün idi. Hakimov bir neçə gün öncə 3 şərhçinin adını çəksə də, qalanlarının kimliyi barədə hələ də məlumatlı olmadıqlarını bildirdi. Yenə də əmin etdi ki, məsələ dəqiqləşən kimi əvvəlcə “Futbol+”ə məlumat verəcək. Bu söhbətin ertəsi “sirr pərdəsi” qaldırıldı. Biz isə bunu İTV-nin idman departamentinin direktorunun dilindən radioların birində eşitdik. Diqqətinizə çatdıraq ki, mundialın şərhçiləri “CBC Sport”dan Pərviz Musayev, Ramiz Mirzəzadə, Ramil Cahangirov, Gündüz Abbaszadə, Elnur Məmmədli, İTV-dən isə Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyev olacaq.

Bundan sonra yenə Hakimova müraciət etdik. Onun suallarımıza 3 gün ərzində verdiyi cavabları sizə təqdim edirik.

- Əvvəlcə bilmək istərdik, bu İTV-nin tarixində göstərəcəyi neçənci böyük turnir və neçənci dünya çempionatıdı?
- 2018-ci ildə mən İTV-də işə başlayanda dünya çempionatı yayınlanırdı. Ondan öncə də, səhv etmirəmsə, 2014-də olub, amma dəqiq bilmirəm. Çünki o vaxt burda işləmirdim.

- İTV-ni peyk üzərindən, kabel televiziyaları vasitəsilə izləyən tamaşaçılar oyunlara baxa biləcək, yoxsa bu mümkün olmayacaq?
- Bu dəfə İngiltərə premyer-liqası üçün olan sərt məhdudlaşdırıcı tələblər yoxdu. Bizə elə bir şey deməyiblər. Əvvəlki dünya çempionatlarında necə olubsa, indi də eyni qayda ilə olacaq.

- Şəhrçilərin kimliyi dəqiqləşdi? Bütün oyunlar studiyadan şərh olunacaq, yoxsa onlar Qətərə yollanacaq?
- Hansı şərhçilərin olacağı ilə bağlı dəqiq məlumatımız yoxdu. Lakin onu deyə bilərm ki, bizdən Qətərə yollanan olmayacaq.

- Azərbaycanlı tamaşaçıların Rusiya və Türkiyə kanallarını yox, məhz İTV-ni seçməsi üçün nə vəd edə bilərsiz?
- Bizdə “Bol futbol” verilişi olacaq. Oyundan əvvəl, sonra. Gündəlik icmallar da olacaq. Maraqlı, baxımlı qollar, oyunlar “yutub” kanalımızda operativ şəkildə yayınlanacaq. Televiziyada izləyə bilməyənlər kanalımızın “yutub” səhifəsindən baxa bilərlər.

ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

5-11-2022, 17:0

İTV əməkdaşlarını Qətərə göndərəcək?

Aktual / Manşet

2-08-2022, 23:0

İTV nə üçün İngiltərə premyer-liqasının cəmi 2 oyununu göstərir? - AÇIQLAMA

Aktual
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
Son xəbərlər
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Dünən, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Dünən, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Dünən, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 91
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə