"Mançester Yunayted"in və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo PSJ-nin və Argentina millisinin oyunçusu Lionel Messi ilə "Louis Vuitton" brendinin reklam kampaniyasına birgə çəkildikləri foto barədə danışıb.
"Football-plus.az" xəbər verir ki, futbolçular ilk dəfə birgə reklamda iştirak ediblər. Onlar şahmat taxtasının ətrafında rəqib kimi əyləşiblər.
Ronaldo isə öz açıqlamasında Messini məğlub etmək istədiyini deyib:
Qeyd edək ki, Messi Argentina yığmasının heyətində DÇ-2022-də Səudiyyə Ərəbistanı, Meksika və Polşa iilə mübarizə aparacaq. Ronaldo isə Portuqaliya ilə Qana, Uruqvay və Cənubi Koreyaya qarşı yarışacaq. Dünən Qətərdə başlayan dünya çempionatı hər iki hücumçu üçün sonuncu ola bilər. Turnir dekabrın 18-də yekunlaşacaq.