Messi Bekhemin klubunun hədəfində

18.07.2022 23:20 439
Dünya futbolu
Məşhu sabiq futbolçu Devid Bekhemin sahib olduğu "İnter Mayami" PSJ-nin oyunçusu Lionel Messini transfer etmək istəyir.

"Football-plus.az" xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin kommersiya direktoru Xavyer Asensi "Mundo Deportivo"ya açıqlamasında danışıb. O deyib:

"Messi heç kimlə müqayisə oluna bilməz. O, tam ayrıdı. Biz ABŞ-da hər kəs üçün istinad nöqtəsi olmaq istəyirik. Bu, yaxşı oyunçuları almaq və şoular göstərmək deməkdi. Bunun üçün bizə ən yaxşılar lazımdı. Onlarla müqavilə imzalamaq klubun məqsədidi. Lionel Messi də bizim planlarımızda var, başqaları da. Hər şey Messidən və onun istəklərindən asılıdı. Biz ən yaxşılara imza atmaq istəyirik və Messi tarixin ən yaxşısıdı".


Qeyd edək ki, Messi ötən ilin yayında "Barselona"dan ayrıldıqdan sonra PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul