Luis Suaresin Braziliyada oynamaq imkanı olub.
"Football-plus.az" xəbər verir ki, o, bu ölkədə çıxış etmək istəməyib. Uruqvay yığmasının hücumçusu “Qremio”dan aldığı təklifi geri çevirib. Suaresin “Nasyonal”la müqaviləsi artıq qüvvədən düşüb. İtaliyalı jurnalist Fabritsio Romano azad agent statusu qazanan futbolçunun karyerasını yenidən Avropada davam etdirmək istədiyini bildirib.