Taekvondoçularımız dünya çempionatını bir medalla başa vurdu

21.11.2022 10:39 302
İdman
Azərbaycan taekvondoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatını bir bürünc medalla başa vurublar.

"Football-plus.az" xəbər verir ki, son olaraq mübarizəyə qoşulan Minayə Əkbərova (46 kq) və Qaşım Maqomedov (58 kq) da medalsız qalıblar.

Qeyd edək ki, Azərbaycan mundialda ümumilikdə 8 taekvondoçu ilə təmsil olunub. Yığmada yalnız 68 kq çəki dərəcəsində mübarizə aparmış Cavad Ağayev bürünc medala sahib çıxıb.