Qadın güləşçilərimiz dünya çempionatını medalsız başa vurdu

15.09.2022 20:50 320
İdman
Qadın güləşçilərimiz Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında çıxışlarını başa vurublar.

Jalə Əliyeva (57 kq) bürünc medal görüşündə ukraynalı Alina Akobiya ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva 5-ci yeri tutub. Bununla da qadın güləşçilərimiz mundialdakı çıxışlarını medalsız başa vurublar.