“Sumqayıt” rəsmisi: “Azarkeşlər "Şamaxı"ya məğlubiyyətə görə etirazlarını bildirdilər”

18.11.2022 22:30 429
Premyer-liqa / Manşet
Premyer-liqanın 14-cü turunda "Şamaxı" - "Sumqayıt" görüşündən sonra Şamaxıya gələn qonaq azarkeşlər komandalarının sərgilədiyi oyuna etiraz etdilər.

Football-plus.az xəbər verir ki, kapitan Vurğun Hüseynovlə Vüsal İsgəndərli onları sakitləşdirmək istəsə də, heç bir xeyiri olmadı. Əksinə, fanatlar daha da coşdu. Bununla bağlı futbolçulardan açıqlama almaq istəsək də, əlaqə saxlamaq mümkün olmadı. Belədə klubun mətbuat katibi Rəşad Məmmədovla danışdıq:

"Burda böyüdüləcək nəsə yoxdu. Azarkeşlər "Şamaxı"ya məğlubiyyətə görə etirazlarını biıdirdilər. Futbolçularımız da onları dinləyərək, danışdılar. Futbolda belə hallar tez-tez olur. Burda təəccüblü nəsə yoxdu".

ABDULLA İSMAYILOĞLU