“Qarabağ” - “Şamaxı” matçında özündən gedən xanımın vəziyyəti necədi? - AÇIQLAMA

2.09.2022 19:20 448
Premyer-liqa / Manşet
Premyer-liqanın 4-cü turunun "Qarabağ" - "Şamaxı" matçının 90-cı dəqiqəsində "köhlən atlar"ın fəal xanım azarkeşlərindən Naibə Məmmədova özündən getdi.

Yaxınlıqda olan azarkeşlər və media nümayəndələri köməyə tələsdi. Bəlli oldu ki, ciddi nəsə yoxdu, sadəcə, təzyiqi düşüb. Naibə xanımın özü ilə əlaqə saxlayıb, vəziyyətini soruşduq:
"Qorxulu nəsə yoxdu, sadəcə, təzyiqim düşdüyündən huşumu itirmişdim. Artıq yaxşıyam, hər şey qaydasındadı".

ABDULLA İSMAYILOĞLU