"Şamaxı" 90 aydan sonra...

14.11.2022 12:56 353
Ölkə futbolu
“Şamaxı” Misli premyer-liqasında ardıcıl iki qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi hər iki görüşdə ikidən çox qol vurmaqla məhsuldarlıq nümayiş etdirib. Vüqar Əsgərlinin yetirmələri “Turan Tovuz”la səfər (3:1), “Sumqayıt”la ev (4:2) qarşılaşmasında fərqlənib.

Şamaxının eyniadlı təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub. 7 il 6 ay əvvəl komanda hələ Bakı “İnter”i adı altında çıxış edirdi. 90 ay əvvəl komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.